Ucnoqta.az
www.ucnoqta.az

Parisdə nümayiş: <font color=red><b>30 nəfər xəsarət alıb, 615 nəfər saxlanılıb - VİDEO</b></font>

20:09 - 8 Dekabr 2018 tarixində dərc olunub.

 Şənbə günü Fransanın paytaxtı Parisdə "Sarı jiletlilər"in yanacağın qiymət artımına qarşı keçirdikləri etiraz aksiyaları zamanı polislə qarşıdurma baş verib.

Ucnoqta.az "Report”a istinadən xəbər verir ki, qarşıdurmalar nəticəsində 3-ü qanun keşikçisi olmaqla 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bildirilir ki, etirazlar zamanı Parisdə 615 nəfər saxlanılıb, onlardan 508 nəfəri nəzarətə götürülüb.

Hazırda paytaxtda etirazçıların sayı 8 min nəfəri üstələyir, ümumi ölkə üzrə isə 31 nəfər nümayişə çıxıb.

 

Müəllif: