Xudatda yaşayış evində partlayış: yaralananlar var

20:00 - 6 Dekabr 2018 - Xəbər

Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərinin birində partlayış baş verib.

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarət alıb. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti