Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Türkiyə KİV-lərinə müsahibəsində deyib. O bildirib ki, Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək yük vaqonlarını birlikdə istehsal edəcək. Bununla əlaqədar Azərbaycanda zavod yaradılacaq. Nazirin sözlərinə görə birgə müəssisənin layihələşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.AzərTac