Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq

17:49 - 6 Dekabr 2018 tarixində dərc olunub.

Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Türkiyə KİV-lərinə müsahibəsində deyib. O bildirib ki, Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək yük vaqonlarını birlikdə istehsal edəcək. Bununla əlaqədar Azərbaycanda zavod yaradılacaq. Nazirin sözlərinə görə birgə müəssisənin layihələşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.AzərTac

Müəllif: