Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza zamanı süpürgəçi işləyən 1965-ci il təvəllüdlü Muradova Almagül Pirağa qızı ağır xəsarət alıb.
Vəziyyəti ağır olduğu üçün o, 3 saylı şəhər kliniki xəstəxanasının reanimasiya şöbәsinә yerləşdirilib.