Bakıda azyaşlılara siqaret satanlar cərimələnib

14:50 - 5 Dekabr 2018 - Xəbər

Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər.

 Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Dekabrın 4-də Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Nərimanov və Binəqədi rayon Polis idarələrinin əməkdaşları ilə birgə həmin rayonların ərazisində reydlər keçiriblər. Bu zaman Nərimanov rayonu ərazisində 2, Binəqədi rayonu ərazisində isə 1 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkar edilib.
Həmin mağaza və köşklərin 3 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.

Xəbər xətti