Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi şəxs Moskvada saxlanılıb

13:31 - 5 Dekabr 2018 - Xəbər

 Azərbaycanın sifarişli qətllər törətdiyinə görə İnterpol xətti ilə axtarışa verdiyi İlya Şabanov adlı şəxs Moskvada saxlanılıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Rauf Həsənovun öldürülməsində ittiham olunan Rusiyanın keçmiş vətəndaşı İ.Şabanovun hazırda Azərbaycana təhvil verilməsi məsələsi müzakirə olunur.
Xatırladaq ki, Bakı şəhər sakini R.Həsənov 2009-cu ilin oktyabr ayında evindən avtomobili ilə gedəndən sonra onu görən olmayıb. Noyabrın 5-də həmin avtomobil Qubada yandırılmış vəziyyətdə tapılmışdı.

Xəbər xətti