Dənizdə köməksiz qalan balıqçılar xilas edildi

13:33 - 27 Noyabr 2018 - Xəbər

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən 3 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Eyni zamanda, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

***

Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən 3 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 2 nəfər balıqçı xilas olunub. Balıqçıların olduğu qayıq müvafiq xilasetmə qüvvələri tərəfindən yedəyə alınaraq sahilə gətirilib.

Xəbər xətti