Aleksandr Lukaşenko: "Azərbaycanla Belarusun bütün sahələrdə yaxşı münasibətləri var"

14:12 - 19 Noyabr 2018 - Xəbər

“Bir daha bildirirəm ki, aramızda heç vaxt qapalı mövzu olmayacaq”

"Azərbaycan ilə Belarusun bütün sahələrdə yaxşı münasibətləri var".  “Report” BelTA-ya istinadən xəbər verir ki, bunu Minsk şəhərində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Bizim ölkəmizə gəldiyinizə sevindim. Söhbət üçün mövzular var. Aramızda bütün sahələrdə - həm iqtisadi-ticari sahədə, həm siyasi, həm də hərbi sahədə yaxşı münasibətlər var. Amma bu münasibətlərə əlavə etməli, irəli aparmalı məsələlər də var”, –  Belarusun dövlət başçısı deyib.

A.Lukaşenko vurğulayıb ki, Belarusda yolunuzu gözləmişik: "Bir daha bildirir və təsdiq edirəm ki, aramızda heç vaxt qapalı mövzular olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq”.

Xəbər xətti