Statistika Komitəsi 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ÜDM-nun həcmini açıqlayıb.
Açıqlamada bildirilir ki, 2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin ümumi daxili məhsulu 0,8 faiz artaraq 65233,0 milyon manata çatıb.
ÜDM-in 45,7 faizi sənayedə, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi tikintidə, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 14,7 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil edir.
Əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,0 faiz, neft sektorunda isə 0,3 faiz artmışdır. Əhalinin hər nəfərinə düşən ÜDM 6648,1 manata bərabər olub.fins.az