Gürcüstanın Azərbaycana borcu açıqlanıb

20:39 - 13 Noyabr 2018 - Xəbər

Gürcüstanın Azərbaycana 7,976 mln. dollar həcmində borcu var.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb. Bu il oktyabrın 31-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb. Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 102,061 mln. dollar təşkil edir. Bu məbləğin 4 mlrd. 977,670 mln. dolları hökumətin payına düşür. Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (273,183 mln. dollar), Yaponiya (209,362 mln. dollar) və Fransa (189,168 mln. dollar) daxildir.
​Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu müvafiq olaraq 15,297 mln. dollar, 63,567 mln. dollar və 9,023 mln. dollar təşkil edir.report

Xəbər xətti