Azərbaycan nefti ucuzlaşdı

11:16 - 2 Noyabr 2018 - İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 3,23 dollar və yaxud 4,18% azalıb.

 “Azeri Light” markalı neftin bir barelinin qiyməti 74 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti