Türkiyənin İzmir vilayətində qeyri-qanuni mühacirləri Yunanıstanın Samos adasına aparan yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşıb.
Qəza nəticəsində 19 mühacir ölüb, sürücü də daxil olmaqla 5 nəfər yaralanıb. Hadisə yerinə çoxlu təcili yardım briqadaları və polislər cəlb edilib.
Qeyd olunur ki, qəzada ölənlər arasında qadın və uşaqlar da var.
Faktla bağlı araşdırma aparılır.qafqazinfo