Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə mühacirləri aparan avtomobil dərəyə aşıb: <font color=red><b>19 ölü, 5 yaralı</b></font>

11:58 - 14 Oktyabr 2018 tarixində dərc olunub.

Türkiyənin İzmir vilayətində qeyri-qanuni mühacirləri Yunanıstanın Samos adasına aparan yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşıb.

Qəza nəticəsində 19 mühacir ölüb, sürücü də daxil olmaqla 5 nəfər yaralanıb. Hadisə yerinə çoxlu təcili yardım briqadaları və polislər cəlb edilib.
Qeyd olunur ki, qəzada ölənlər arasında qadın və uşaqlar da var.

Faktla bağlı araşdırma aparılır.qafqazinfo

Müəllif: