Azərbaycanlı müğənnidən 8 yaşlı qıza yardım - FOTO

14:48 - 12 Oktyabr 2018 - Xəbər

Ötən gün sosial şəbəkələrdə üç ay öncə qəzaya düşərək ayağı amputasiya olunan səkkiz yaşlı Leyla adlı qıza yardım kampaniyası başlayıb.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, ayağına protez qoyulmasına və əməliyyat olunmağa maddi imkanı olmayan Leylaya müğənni Səbinə Əskərova yardım əlini uzadıb. Bu barədə jurnalist Hacıbəy Heydərli məlumat verib. O bildirib ki, Leyla Səbinənin dəvəti ilə Bakıya gəlib və müayinə olunub.
Qeyd edək ki, əməliyyat üçün tələb olunan 12 min manat vəsaitin hamısını isə müğənni qarşılayacaq.


Xəbər xətti