Rusiyanın daha 3 universitetinin Azərbaycanda filialı açılacaq

11:56 - 11 Oktyabr 2018 - Xəbər

Rusiyanın daha 3 universitetinin Azərbaycanda filialı açılacaq.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib. Diplomat qeyd edib ki, bu filiallar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin olacaq.

Hazırda Azərbaycanda Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.trend

Xəbər xətti