Yeni Günəşlidə avtomobil təmiri sexindən “Chevrolet” qaçırılıb

14:56 - 10 Oktyabr 2018 - Xəbər

Yeni Günəşlidə avtomobil təmiri sexindən “Chevrolet” qaçırılıb.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 8-də saat 23 radələrində Quba rayon sakini Elvin Məmmədovun “VAZ-2103” markalı avtomobilinin Birinci Nügədi kəndi ərazisindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Qısa müddətdə avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini Pərviz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil onun həyətində aşkar edilib.

Eyni zamanda bu ilin avqustun 2-dən oktyabrın 4-dək olan müddətdə paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən Xırdalan şəhər sakini Samiq İsmayılovun “Chevrolet” markalı avtomobilinin oğurlanması barədə Suraxanı rayon Polis idarəsinin 33-cü polis bölməsinə müraciət daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən 3 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Abbas Şahmuradov, Ramin Əliyev və Yevlax rayon sakini Rəfayel Şərifli olduqları müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər xətti