Rene Yonsen: "Azərbaycanla matçda yaxşı çıxış edərək, istəyimizə nail olacağıq"

18:34 - 10 Oktyabr 2018 - İDMAN

 "Həmişə 3 xal üçün oynayırıq. Xüsusən də evdə. Bu dəfə də qələbə qazanmağa çalışacağıq".

Bunu Farer adaları yığmasının futbolçusu Rene Yonsen Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının III tur oyunundan əvvəl mətbuat konfransında deyib. 25 yaşlı yarımmüdafiəçi bildirib ki, ötən həftə İngiltərə "Arsenal"ına qarşı çıxış etmiş "Qarabağ"ın futbolçularına qarşı oynamaq və qələbə istəyi maraqlı olar: "Amma deyə bilmərəm ki, biz qorxuruq. İnanıram ki, yaxşı çıxış edərək, istəyimizə nail olacağıq".

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.report

Xəbər xətti