Sevimli Bala uşaq Mərkəzləri şəbəkəsinin filialı olan, Talent Studio by Sevimli Bala tamamilə yeni - Film Academy layihəsinə start verib. Yeni konsepsiyalı layihə, gələcək ulduzlar üçün kino dünyasına yol açacaq! 6 ay müddətində öz işlərinin peşəkarları uşaqlara aktyor ustalığı, aparıcı, rejissor, operator, qrimçi sənəti ilə tanış edəcəklər, həmçinin, onları əsl natiq olmaq üçün düzgün səhnə nitqini öyrədəcəklər!
Qeyd edək ki, layihənin baş sponsoru CinemaPlus kinoteatrlar şəbəkəsidir, sponsoru isə Harmits Studio-dur.
2016-ci ildə fəaliyyətə başlamış Talent Studio by Sevimli Bala, Sevimli Bala şirkətlər qrupuna daxildir və müxtəlif növdə rəqs, rəngkarlıq, modelləşdirmə və başqa məşğələlər vasitəsilə uşaqların yaradıcı potensialının inkişafı mərkəzidir. Sevimli Bala layihəsi 2014-ci ilin aprelində böyüyən nəslin inkişaf və tərbiyəsinə öz tövhəsini vermək məqsədilə yaradılmışdır. Sevimli Bala şəbəkəsinin ilk klubu, hazırda isə Sevimli Bala Elm Mərkəzi 2014-ci ilin mayında açılmışdır və geniş sahədə astronomiya və paleontologiya, mental riyaziyyat, uşaq elmi laboratoriyaları, xarici dillər, məktəbəqədər hazırlıq və başqa əlavə məşğələlər təqdim edir. Sonuncu klub Baby-Club 2016-ci ilin dekabrında açılmışdır və məşhur beynəlxalq təhsil şəbəkəsi Baby-Club-un Azərbaycanda ilk filialıdır. Klubun fəaliyyəti 8 aydan 7 yaşınadək uşaqlarda 10 intellektin inkişafına yönəlib.
“CinemaPlus” – bu yüksək görüntülü rəqəmsal proyeksiya sisteminə malik və 3D kontentini nümayiş etmək imkanı olan kinoteatrlar şəbəkəsidir. Həmçinin yüksək keyfiyyətli kinoekranlar, yüksək parlaqlıq və “Enchanced 4KBarco” dəqiq görüntü texnologiyası sayəsində kinofilmləri ən yaxşı və ən yüksək keyfiyyətdə nümayiş etmək imkanı verir. Bundan başqa “CinemaPlus” ilk dəfə Azərbaycanda Dolby Atmos dünya sistemini tətbiq etmişdir. “CinemaPlus” kinoteatrlar şəbəkəsinə 10 kinoteatr, 44 ekran və 4323 oturacaq yeri daxildir.
Yazılış və əlavə məlumat üçün 055-504-00-53 nömrəsinə zəng vurun.