“AtaTravel” MMC Prime Travel Market 2018 tədbirində iştirak edib

10:22 - 10 Oktyabr 2018 - Xəbər

Oktyabrın 9-da “AtaTravel”  MMC  Prime Consulting şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Assosiasiyasının  dəstəyi ilə keçirilən üçüncü “Prime Travel Market 2018”  tədbirində  iştirak edib. 

“AtaTravel” MMC-nin  tur operator Rəvan Əhmədov və  “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi  Dilara Zamanova  xarici turizm  şirkətlərinin nümayəndələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və eyni zamanda  gələcək fəaliyyətin inkişafı üçün  təcrübə və fikir mübadiləsi aparıblar.
  Tədbirdə   Rusiya, Ukrayna,  Qazaxıstan,  Çexiya, Sloveniya, Belarus, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrindən  xarici turizm şirkətlərinin nümayəndələri iştirak ediblər. Növbəti dəfə “Prime Travel Market”  tədbirinin keçirilməsi 2019-cu ilin mart ayında  planlaşdırılır.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir. 

Xəbər xətti