Ukraynada hərbi anbarda partlayış anı – Video

20:13 - 9 Oktyabr 2018 - Xəbər

Ukrayna KİV-ləri Çerniqov əyalətində ölkənin ən böyük hərbi anbarlarından birində baş verən irimiqyaslı partlayışın görüntüsünü yayıblar. 

Partlayış zamanı anbarda yerləşən 150 min tona yaxın hərbi sursatın böyük qismi sıradan çıxıb.
Qeyd edək ki, ötən gecə saat 03:00-da İçnyada Ukraynanın ən böyük hərbi anbarlarından birinin altıncı arsenalında ardıcıl partlayışlar olub. Nəticədə tənəffüs sistemində problem yaşayan 63 nəfər həkimə müraciət edib. Partlayışın baş verdiyi ərazidən 20 kilometrlik məsafə radiusunda qatar və avtomobillərin hərəkəti dayandırılıb, həmçinin, hava məkanı bağlanıb. 19 minə yaxın insan təxliyə edilib. Çerniqov əyalətinin hər yerində, o cümlədən Rusiya ilə sərhəd ərazilərində məhdudlaşdırıcı tədbirlər görülüb.

İçnyadakı hərbi anbar 682 hektar ərazidə yerləşir. Anbarda patronlar, əl silahları, qumbara, raketlər daxol olmaqla 130-150 min ton hərbi sursat saxlanılır.
Partlayışlara görə Ukrayna Hərbi Prokurorluğu “hərbi vəzifəli şəxslərin ağır fəsadlara yol açan ehtiyatsız davranışları” maddəsi üzrə cinayət işi açıb, istintaq aparılır. Ukrayna rəsmiləri partlayışda Rusiyanın əlinin olduğunu iddia edirlər. Azvision.az

Xəbər xətti