Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib

13:49 - 9 Oktyabr 2018 - İDMAN

2019-cu ildə Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib.

Bu barədə qərar Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Bildirirlir ki, dəyişikliyə səbəb 2019-cu il mayın 29-da Bakıda Avropa Liqasının final oyununu keçirilməsidir.

Avropa çempionatı öncədən nəzərdə tutulduğu kimi 31 may – 2 iyunda deyil, 16 – 19 mayda təşkil olunacaq.

Qeyd edək ki, 2019-cu il 23-25 may tarixlərində Milli Gimnastika Arenası aerobika üzrə də Avropa çemionatı keçiriləcək.report

Xəbər xətti