AFFA "Qəbələ"ni cərimələyib

13:39 - 9 Oktyabr 2018 - İDMAN

 AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 800 manat məbləğində cərimələyib. 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, buna səbəb komandanın baş məşqçisi Sənan Qurbanovun Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak etməməsidir.
Komitə "Neftçi"nin futbolçusu Slavko Braliçi VII turda "Sabah"ı 2:0 hesabı ilə məğlub etdilkləri oyunda qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırıb, klub isə 200 manat məbləğində cərimə olunub. 

Xəbər xətti