Bakıda bu küçələrin kəsişməsində hərəkət məhdudlaşdırılacaq

10:52 - 8 Oktyabr 2018 - Xəbər

Bu gün və sabah saat 23:00-dan saat 06:00-a qədər (7 saat) Bakının Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Ucnoqta.az-a məlumat verilib. Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik. 

Xəbər xətti