Mourinyo istefaya göndərilir?

12:40 - 6 Oktyabr 2018 - İDMAN

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Joze Mourinyo Premyer Liqanın VIII turunda “Nyukasl”la ev oyununda sonra istefaya göndəriləcək. 55 yaşlı portuqaliyalı mütəxəssis matçın nəticəsindən asılı olmayaraq qovulacaq. Belə olan halda klub Mourinyoya 20 milyon funt sterlinq civarında təzminat ödəyəcək. “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə əsas namizəd Zinəddin Zidan göstərilir. Qeyd edək ki, bu gün keçiriləcək “Mançester Yunayted” – “Nyukasl” görüşü Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. “Qırmızı şeytanlar” hazırda 10 xalla 10-cu pillədə qərarlaşıb. 2016-cı ilin mayında komandanın baş məşqçi təyin olunan Mourinyo bu müddətdə Avropa Liqası, İngiltərə Liqa Kuboku və İngiltərə Super Kubokunun qalibi olub.report

Xəbər xətti