"Qarabağ" - "Arsenal" oyunundan sonra 18 mindən çox sərnişin daşınıb

15:44 - 5 Oktyabr 2018 - Xəbər

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Arsenal” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri yerinə yetirib.

BNA-dan Ucnoqta.az-a verilən məlumata görə, oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” stansiyalarına) fəaliyyət göstərən ekspress xətt avtobusları ilə ümumilikdə 18265 nəfər sərnişin daşınıb. Prosesə 260 sərnişin avtobusu cəlb edilib.

Xəbər xətti