Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb

14:05 - 5 Oktyabr 2018 - Xəbər

Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 3-də saat 22 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bərdə rayon sakini İsmayıl İsmayılzadə vurulub.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılzadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Daewoo” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Rizvan Xanvəliyev saxlanılıb.

Xəbər xətti