"La Tribune": Fransa Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

13:51 - 5 Oktyabr 2018 - Xəbər

 Fransa Prezidenti Emanuel Makronun gələn həftə Azərbaycana səfəri nəzərdə tutulub.

“Report” “La Tribune” nəşrinə istinadən xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycana gözətçi katerlərin tədarükü barədə Fransanın “Naval Group” şirkəti ilə gözlənilən müqaviləyə dair danışıqlar aparılacaq. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri də müzakirə olunacaq.
Prezident Emanuel Makronun oktyabrın 11-12-də Yerevanda keçiriləcək Frankofoniya zirvə görüşündə iştirak etmək üçün Ermənistana gedəcəyi də gözlənilir.

Xəbər xətti