Azərbaycanın "Qəbələ" və Moldovanın "Şerif" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.
Qarşılaşma Georgi Kruaşvilinin rəhbərlik etdiyi gürcüstanlı hakimlər briqadasına həvalə olunub.
Ona Zaza Menteşaşvili və Zaza Pipiya yan xətt hakimi qismində kömək edəcəklər. İnqilab Məmmədov dördüncü hakim, Asim Xudiyev hakim-inspektor, rusiyalı Leonid Kaloşin UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Oktyabrın 3-də Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq.report