İngiltərənin “Arsenal” komandası Avropa Liqasının II turunun “Qarabağ”la səfər görüşü öncəsi daha bir itki ilə üzləşib.
Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, komandanın əsas qapıçısı Petr Çex topu oyuna daxil edərkən zədələnib. Çexiyalı qolkiper dərhal əvəzlənməsini tələb edib. Nəticədə Çex 45-ci dəqiqədə almaniyalı qapıçı Bernd Leno ilə əvəzlənib.
Əvəzində isə Bakı səfəri öncəsi zədəsi olanlardan sol cinah müdafiəçisi Sead Kolaşinats və erməni yarımmüdafiəçi Henrix Mxitaryan zədələrini sağaldıblar. Hər iki futbolçu hazırda ikinci hissəsi gedən (hesab 0:0-dır – S.M.) matçın ehtiyat oyunçular skamyasında əyləşib.
Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” görüşü saat 20:55-də başlayacaq.