“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup oyunu çərçivəsində “Valensiya”ya qarşı keçirdiyi qarşılaşma zamanı aldığı qırmızı vərəqəyə görə bir oyunluq diskvalifikasiya edilib.
Bununla bağlı UEFA məlumat yayıb. Qarşılaşmanın baş hakimi oyunun 29-cu dəqiqəsində köməkçisi ilə məsləhətləşdikdən sonra portuqaliyalıya birbaşa qırmızı vərəqə göstərib. Ronaldu ispan klubunun müdafiəçisi Ceyson Murilo ilə toqquşmadan sonra cəzalandırılıb. Həmin qarşılaşmada “Yuventus” 2:0 hesabı ilə qələbə qazanıb.
Bununla da Ronaldu yalnız “Young Boys” ilə oyunu buraxmalı olacaq.oxu.az