Ermənistan Türkiyə vətəndaşını ölkəsinə qaytarıb

12:57 - 27 Sentyabr 2018 - Xəbər

Ermənistanda saxlanılan Türkiyənin 16 yaşlı vətəndaşı Umut Ali Özmen ölkəsinə təhvil verilib.

Umut Ali Özmen sentyabrın 27-də Türkiyə-Emənistan sərhədində yerləşən Türkgözü sərhəd qapısından ölkəsinə daxil olub.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan sentyabrın 26-da onu qaytarmağa hazır olduqlarını bildirmişdi.

Xatırladaq ki, Umut Ali Özmen heyvan otararkən azaraq Türkiyə-Ermənistan sərhədini keçib.report


Xəbər xətti