Dünya çempionatı: Elmar Qasımov ilk görüşdə ipponla qalib gəlib
10:55 - 25 Sentyabr 2018 - İDMAN
Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 100 kq çəki dərəcəsindəki 28 yaşlı idmançı 1/32 finala təsadüf edən ilk görüşündə isveçli Martin Paçekə 41 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finaldakı rəqibi monteneqrolu Danilo Pantiç olacaq.
Əvəzində Zelim Kotsoyev elə isveçli Yoakim Dvarbiyə 3 dəqiqə 8 saniyəyə uduzub. O, rəqibin saxlama fəndi qarşılığında təslim olub.