Bolqarıstanın müdafiə naziri Azərbaycana gələcək

16:52 - 24 Sentyabr 2018 - Xəbər

Bu gün Bolqarıstanın müdafiə naziri Krasimir Karakaçanov Azərbaycana səfərə gəlir.

“Report” Bolqarıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində qonağın Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Baş Nazirinin birinci müavini Yaqub Eyyubovla görüşləri gözlənilir.

Həmçinin bolqarıstanlı nazir Bakıda “ADEX-2018” III Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə baş çəkəcək.

Xəbər xətti