Yaponiyanın “Hayabusa 2” kosmik aparatı Ryugu asteroidinə göndərdiyi 2-ci aparatdan ilk görüntüləri əldə edib.
Gündoğar ölkənin Kosmik Tədqiqatlar Agentliyi Tvitter səhifəsində foto paylaşıb. Məlumata əsasən, “1A” və “1B” adlı aparatlar cazibə qüvvəsinin zəif olduğu asteroidin səthinə eniblər.
Bundan başqa ikinci aparat 1 km eni olan asteroid səthinin fotolarını Yerə göndərib.
“Hayabusa 2” 3.5 illik səfərdən sonra Ryugu asteroidinə çatıb. Aparat 2 illik fəaliyyətdən sonra götürdüyü nümunələrlə dünyaya geri qayıdacaq. Bu nümunələr isə Günəş Sisteminin yaranması ilə bağlı məlumatlara işıq tutacaq.olke.az