“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin “Arsenal” klubunun icraçı direktoru İvan Qazidis postunu tərk edib. “Report” London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 2008-ci ildən “Arsenal”da çalışan Qazidis karyerasını İtaliyanın “Milan” klubunda davam etdirəcək. Onu bu vəzifədə Raul Sanlyeli ilə Vinay Venkateşam əvəzləyib.
Qeyd edək ki, Qazidis dekabrın 1-dən “Milan”da icraçı direktor kimi fəaliyyətə başlayacaq. “Arsenal” və “Qarabağ” komandaları oktyabrın 4-də Bakıda, dekabrın 13-də isə Londonda qarşılaşacaq.