"Türkiyə Mərkəzi Bankı uçot stavkasının 24 faizədək yüksəldilməsi ilə bağlı qərar qəbul edib".
Ekspert Vüqar Bayramov bildirir ki, bu son 15 ildə ən yüksək uçot stavkasıdır: "Türkiyədə uçot stvakası 2009-2017-ci illər arası hətta bir rəqəmli səviyyədə qorunub saxlanılıb. Mərkəzi Bankın qərarından sonra lirə az da olsa dəyər qazana bilib. Belə ki, dünən 1 dollar almaq üçün 6.4 lirə ödəmək lazım idisə hazırda bu göstərici 6.1-dək dəyişib. Amma uçot stavkasının kəskin atımı lirəini qısa müddətli dövrdə qoruya bilər, orta və uzun müddətli dövrdə Türkiyə pulunu xilas etmək üçün isə həm iqtisadi, həm xarici siyasətdə dəyişikliklərin edilməsi vacibdir".
Ekspert qeyd edir ki, Türkiyə ötən ili 67.7 milyard dollarlıq xarici ticarət defisiti ilə başa vurub: "Aydındır ki, “İphone” telefonlarında sındırmaqla bu defisit qapamaq mümkün deyil. Bunun üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində islahatların genişləndirilməsi ilə yanaşı, həmçinin Qərb və xüsusən də ABŞ ilə münasibətləri normallaşdırılması çox vacibdir. Əks halda uçot stavkasının artırılması Türkiyənin valyuta bazarında sadəcə nisbi sakitlik yaradacaq".