UEFA klublar üçün yeni turnir yaradır

19:01 - 11 Sentyabr 2018 - İDMAN

UEFA 2021-ci ildən etibarən üçüncü Avropa klub turnirinin keçirilməsini təklif edib.

Bunu Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti Andrea Anyelli bildirib.

O bildirib ki, ECA yaxın zamanlarda bu təklifi UEFA ilə müzakirə edəcək.

Hələlik yeni turnirin formatı barədə məlumat verilməsə də, yarışda 32 komandanın iştirak edəcəyi nəzərdə tutulur.

Həmçinin hazırda 48 komandanın iştirak etdiyi Avropa Liqasında iştirakçıların sayının 32-yə endiriləcəyi bildirilir.trend

Xəbər xətti