Malta İdman Şurasının sədri futbolçularını tənqid etdi
Malta İdman Şurasının sədri Luçiano Busuttil Millətlər Liqasında ölkə yığmasının Azərbaycanla 1:1-lik heç-heçəsinə şərh verib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, millimizlə oyunda komandasının çıxışından narazılığını ifadə edib.
Busuttil bildirib ki, Farer Adalarına 1:3 hesablı nə tez unudulub: “Farer Adalarına 1:3 hesablı məğlubiyyətdəki reaksiyalarnə tez unuduldu? Zarafat edirik? Milli komandamıza görə tək xoşbəxt olmayan adam mənəm? Azərbaycan kimi rəqiblə müdafiədə oturaraq 1 xal qazanmaq futbol deyil. Çox mənasızdır. Biz nə zaman futbol oynayacağıq. Bu ölkədə futboldan zövq almaq üçün ancaq uşaqların futbolunu izləmək lazımdır”.