Malta yığmasının baş məşqçisi: "Qrupumuzda favorit yoxdur"

09:54 - 11 Sentyabr 2018 - İDMAN

 "Azərbaycan çox yaxşı komandadır. Bərabərliyi bizim üçün uğurlu nəticə hesab edirəm".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu UEFA Millətlər Liqasının II turunda Azərbaycan millisi ilə oyundan sonra təşkil edilən mətbuat konfransında Malta yığmasının baş məşqçisi Rey Farruciya deyib.

63 yaşlı mütəxəssis bildirib ki, Malta yığması tədricən daha yaxşı oynayır: "İrəliyə doğru addımlayırıq. Bugünkü matç komandam üçün çox önəmli idi. Daha böyük dəstəyə ehtiyac duyuruq. 

Qrupumuzda favorit yoxdur. Məsələn, Kosova yeni komandadır. İstədikləri yeni futbolçularla heyəti gücləndirə bilərlər. Farer adaları da güclüdür. Lakin fikrimcə, Kosova bir qədər üstündür. Hazırkı reytinq cədvəli yığmaların gücünü düzgün əks etdirmir. Kosova daha üst sırada dayanmalıdır".

Xəbər xətti