Bernar Şalland: "Azərbaycan daha çox topa yiyələnsə də, təhlükəli ola bilmədi"

23:18 - 7 Sentyabr 2018 - İDMAN

Kosovo millisinin baş məşqçisi Bernar Şalland  UEFA Millətlər Liqasının ilk turunda səfərdə Azərbaycanla qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib. 

67 yaşlı mütəxəssis əvvəlcə matç haqda fikirlərini bildirib.
- Nəticədən narazı deyiləm. Azərbaycan daha çox topa yiyələnsə də, təhlükəli ola bilmədi. Biz yaxşı müdafiə olunduq. Riçard Almeyda kimi oyunçu olduğu halda, biz rəqib hücumlarının qarşısını aldıq. Öz hücumçularımdan razı qalmadım. Bilirəm ki, bundan yaxşısını edə bilərik.

- Bu oyunun daha çox yoldaşlıq görüşü xarakteri bağışlamasını nə ilə əlaqələndirərdiniz...
- Xeyr, mən bu oyunu yoldaşlıq görüşünə bənzətməzdim. Bənzətməyim hər iki komandaya hörmətsizlik olardı.

- Son 3 oyunda hücumameylli çıxış edirdiniz. İndi isə müdafiə futbolu sərgilədiniz. Sanki bir xal dalınca gəlmişdiniz...
- Qısa və sürətli ötürmələrlə oynaya bilərdik. Lakin rəqib də belə oyun üslubuna üstünlük verirdi. Ona görə də bu cür üslubda çıxış etmədik.

- Açıqlamalarınızdan belə görünür ki, bir xalla da razısınız...
- Azərbaycan doğrudan da çox güclüdür. Daha çox qol imkanı yaratdılar. Möhtəşəm oyun kimi görünməyə bilər. Amma çətin qarşılaşma oldu.qol.az

Xəbər xətti