"Mənim gəlişimdən sonra ilk rəsmi oyuna hazırlaşırıq. Hər birimiz üçün ilk oyun çox vacibdir. Neçə gündür birgəyik. Rəqibin oyunlarına baxır, futbolçuları Kosovonun çıxışları ilə tanış edirik. Ümumilikdə, pis hazırlaşmamışıq. Futbolçularım çox istəklidirlər. Baxmayaraq ki, ağır oyun olacaq. Yaxşı rəqibə qarşı mübarizə aparacağıq. Düşünürəm ki, futbolçularımızın hamısı sabah ən yaxşı oyunlarını sərgiləyəcək və meydanda sonadək mübarizə aparacaqlar. Rəqibin son üç oyununu izləmişik, çıxışları ilə lap yaxından tanış olmuşuq. Görüşlərin sayı az olsa da, hər bir futbolçunu yaxından tanımışıq. İnanıram ki, sabah azarkeşlərimizə ən azı maraqlı oyun nümayiş etdirə biləcəyik. Meydanda yaxşı mübarizənin və düşünülmüş oyunun getməsinə çalışacağıq".
Bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Kosovo yığması ilə UEFA Avropa Liqasının ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Kosovonu necə məğlub edək sualını düşünəndə, ilk əngəl nəyi görürsünüz?
- Hər zaman öz oyunumuzu düşünürük. Əsas məsələ 90 dəqiqə istədiyimizi edib-etməməyimizdir. Ən başlıcası bizim aparıcı oyunçularımızın son vaxtlar az oynamalarıdır. Araz Abdullayevi, Ramil Şeydayevi qeyd edərdim. Futbolçuların oyun təcrübəsinin azlığı məni narahat edir. Amma oyunçulara inanıram, çox istəkli olduqlarını görürəm. Hər bir halda çalığşacağıq ki komanda əngəlləri hiss etməsin.
- Kosovo yığmasının əksər futbolçuları Avropa klublarında çıxış edir. Bu bizə nə dərəcədə təsir edəcək?
- Rəqibin futbolçularını analiz edirik və görürük ki, stabil çıxış edirlər. Xüsusən də hücum xətti məhsuldarlığı ilə seçilir. Onların fərdi bacarıqları bizi narahat edir. Amma bizim üçün kollektiv oyun daha önəmlidir. Bunun sayəsində bunun qarşısını ala bilərik.
- Ramil Şeydayev və Riçard Almeydanın forması necədir?
- Normaldır. Şeydayevin oyun praktikası yoxdur. Amma Almeyda son matçlarda çıxış edib. Ümumən götürsək, vəziyyətləri yaxşıdır.
- Rəqib baş məşqçi Azərbaycanı qrupun favoriti sayır. Bu açıqlamalar arxayınçlıq yaratmaz ki?
- İnanmıram. Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Rəqibə hörmətlə yanaşırıq
- Sabah məcburi rotasiya olacaq?
- Bəli, olacaq.
- Amil Yunanov Şeydayevlə müqayisədə daha hazır formada deyil?
- Amil də son matçlarda az oynayıb. Hamı nəzarətimizdədir. Şeydayev yoxlama matçıarında meydana çıxıb. Hər bir futbolçunun yığmaya düşmək şansı var.
- "Qarabağ"ın futbolçular istisna olmaqla digərləri yaxşı formada deyil. Bu, təsadüfdür?
- Millidə oyun təcrübəli çatışmayan futbolçular həmişə olub. Bəziləri son vaxtlar az oynasa da, təcrübələri var. Onlara güvənirək motivasiya etməyə çalışıram.
- Rəqib ortada dəhliz açmağa meyillidir. Buna qarşı tətbir olacaq?
- Çox aqressiv komandadır. Yaxşı əks hücumları var. Bizim də hücumlarımız olacaq və bundan istifadə etməyə çalışacağıq.
- Qrupda əsas rəqib Kosovonu saymaq olar?
- Hamımız belə düşünürük. Bizim kimi rəqiblər də ələ düşən bu fürsətdən yararlanmaq istəyirik. Bu yarışa son şans kimi baxmaq bizim ziyanımıza ola bilər. Heyət baxımından Kosovo yığması daha çox dəyərləndirirlər. Bu baxımdan Kosovonu favorit adlandırmaq olar. Amma Millətlər Liqası ilə heç nə bitmir. Bu cür düşümək Azərbaycan futboluna zərbə olar. Kosovo cddi rəqidir. Digır rəqibləri də qiymətləndirmək lazımdı.
- Rəşad Sadıqov baş məşqçi kimi oyuna çıxacaq. U-21 yığmamız İsrailə qalib gələ bilərmi?
- Uğurlar arzulayıram. Özümüz də oyuna baxacağıq. Qalib gəlmək həmişə mümkündür. Çox ciddi rəqibə qarşı oynayırlar. Bu gün futbolçuları motivasiya etməyə çalışırıq. Bunlar tam formalaşnandan sonra nəticələr də müsbət olacaq. Ən azından yaxşı oyun nümayiş etdirəcəklər. Report