Azərbaycan Çinlə ticarət əlaqələrini genişləndirmək niyyətindədir.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib. Onun sözlərinə görə, bu məqsədlə sentyabrın sonunda Çinin Luçjou şəhərində xüsusi Azərbaycan pavilyonu açılacaq:
“Bu pavilyonun sentyabrın 28-i açılması planlaşdırılır. Burada müxtəlif Azərbaycan məhsulları təqdim olunacaq. Qeyd etmək lazımdır ki, bu məhsullara Çin bazarında böyük maraq var. Bu, xüsusilə şərab və digər spirtli içkilərə aiddir. Artıq məhsulların bir hissəsi Çinə tədarük olunub, qalan hissəsi isə yaxın zamanlarda göndəriləcək”.
Y.Abdullayev qeyd edib ki, Çinə əvvəlki missiyalar zamanı Azərbaycan və Çin şirkətləri arasında Azərbaycan məhsullarının tədarükü barədə bir sıra razılaşmalar əldə olunub, Urumçidə Azərbaycan Şərab Evi açılıb.trend