Gəncədə şöbə müdiri vəzifəsindən azad olunub
12:36 - 2 Sentyabr 2018 - Xəbər
Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Məharət Mustafayev tutduğu vəzifəsindən azad edilib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, müvafiq qərarla Rüstəmli Əli Xasay oğlu həmin vəzifəyə təyin olunub.
Ə.Rustəmli bundan əvvəl də sözügedən vəzifədə çalışıb.