“Qarabağ”ı qrupa düşməsi münasibətilə təbrik edirik. Bu gün güclü komandaya uduzduq. İlk hissədə futbolçularımızda özünəinam hissi yox idi. İkinci hissədə bir az oyunumuz yaxşılaşdı. Ancaq "Qarabağ" vaxtında 2-ci və 3-cü qolları vurdu".
Bu sözləri “Şerif"inin baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab görüşündən (0:3) sonra mətbuat konfransında deyib.
- Oyunöncəsi mətbuat konfransında çox inamlı danışırdınız. Bugünkü məğlubiyyətinizə səbəb "Qarabağ"ın möhtəşəm oyunu oldu, yoxsa komandanızın zəif çıxşı?
- İlk növbədə, "Qarabağ"ın oyununu fərqləndirərdim. Bəzi futbolçularımız zəif çıxış etdilər. "Qarabağ" bu qələbəyə layiq idi. Komandaya iradı həmişə tapmaq olar. Bu gün fərdi oyun keyfiyyətləri ilə seçilən, Çempionlar Liqasının qrupunda oynamış komandaya uduzduq. Bütün gücümüzü ortaya qoyduq. İlk oyunda qalib gəlmişdik, amma cavab görüşündə də qol vurmağımız lazım idi. Bunu bacarmadıq.
- Düşünürdünüzmü ki, daha böyük hesabla uduzacaqsınız?
- Oyundan sonra bu barədə danışmaq vacib deyil. Bu səviyyə üçün oyun göstərə bilmədik. "Qarabağ" daha 1-2 qol vura bilərdi.
- İlk oyundan sonra bildirmişdiniz ki, "Qarabağ" sizi heç nə ilə təəccübləndirmədi. Bəs bu dəfə?
- Belə şey deməmişəm. "Qarabağ"a həmişə kompliment bildirmişəm. Demişəm ki, rəqibin necə oyanayacağını bilirəm. "Qarabağ" topla çox yaxşı rəftar edir və zamanını gözləyir.
- Sirr deyisə, oyundan sonra Qurban Qurbanova nə dediniz?
- Qələbə və yaxşı oyun münasibətilə təbrik etdim və qrupda uğurlar arzuladım.
- "Qarabağ"ı qrupda izləyəcəksiniz? Bu potensialla komanda 1/16 finala çıxa bilərmi?
- "Qarabağ"a ötən il Çempionlar Liqasında baxmışdım. Bu komandaya rəğbətim var. Bu il də elə olacaq. Bu il "Qarabağ" bizim üçün çətin rəqib idi.qol.az