Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunları keçirilib.
“Qarabağ” Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi doğma meydanda 3 cavabsız topla rəqibinə qalib gəlib.
Hesabı 9-cu dəqiqədə Maksim Medvedev açıb. 42-ci dəqiqədə künc zərbəsindən sonra Donald Gerrye fərqlənərək hesabı 2:0-a çatdırıb. Üçüncü topu isə oyunun 55-ci dəqiqəsində Filip Ozobiç vurub.
Beləliklə "Qarabağ" ardıcıl beşinci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib.
30 avqust
Avropa Liqası Pley-off mərhələsi
21:00.
"Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) - 3:0 (İkinci hissə)
Qollar: Maksim Medvedev, 9, Donald Gerrye, 42, Filip Ozobiç, 55 İlk oyun – 0:1
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu