Futbol üzrə Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo İspaniyanın "Real Valyadolid" klubunun alqı-satqısını yekunlaşdırmaq üzrədir.
"Report" "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, sövdələşmənin məbləği 30 milyon avro təşkil edir. Braziliyalı futbolçu "Valyadolid"in əsas səhmdarı və prezidenti olacaq. Mənbənin məlumatına görə, sövdələşmə iki və ya üç həftəyə başa çatdırılacaq. Beləliklə klub 25 mln. avroluq borcunu bağlaya biləcək. "Valyadolid" 2017/18-ci illər mövsümündə İspaniya Primerosuna vəsiqə qazana bilib. Komanda çempionatın birinci turunda səfərdə "Jirona" ilə 0:0-lıq heç-heçə edib, ikinci turda isə öz meydanında "Barselona"ya 0:1 hesabı ilə məğlub olub.