Azərbaycanın "Qarabağ" və Moldovanın "Şerif" komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.
Qarşılaşma makedoniyalı hakimlər briqadasına tapşırılıb. Baş hakim Aleksandır Stavrev, Maryan Kirovski və Deyan Kostadinov yan xətt, Dimitar Meçkarovski isə dördüncü hakim qismində yardımçı olacaqlar. Belçikalı Yohan Verbist hakim-inspektor, latviyalı Yevgeni Milevski UEFA nümayəndəsi kimi çalışacaq.
Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 21:00-da başlayacaq.