"Qarabağ"da ciddi itki

15:38 - 23 Avqust 2018 - İDMAN

 Avropa Liqasının pley-off mərhələsində bu gün səfərdə “Şerif”lə qarşılaşacaq “Qarabağ” problemlə üzləşib.

​Ucnoqta,az xəbər verir ki, klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komandanın əsas qapıçısı Hannes Halldorsson zədələnib. Dünənki məşqdə sol əzələsindən xəsarət alan islandiyalı qolkiperin bu gün meydana çıxıb-çıxmayacağı sual altdındadır. “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun isə “Şerif”ə qarşı oynamaq ehtimalı yüksəkdir. Bir neçə gündür qızdırması olan müdafiəçi dünənki məşqdə iştirak edib. Qeyd edək ki, “Şerif” – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Xəbər xətti