“Qarabağ” “Şerif”lə qarşılaşacaq

09:26 - 17 Avqust 2018 - İDMAN

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-offundakı rəqibi müəyyənləşib.

 Ağdam klubu qrup mərhələsinə vəsiqə uğrunda Moldova çempionu “Şerif”lə mübarizə aparacaq. Tiraspol təmsilçisi Avroliqanın üçüncü təsnifat mərhələsində İslandiyanın “Valyur” klubunu mübarizədən kənarlaşdırıb. 
İlk oyunda 1:0 hesabı ilə qalib gələn “Şerif” cavab matçında 1:2 hesabı ilə uduzsa da, səfərə qolu sayəsində mərhələ adlayıb. 
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.qol.az
 
 
 
16 avqust
 
Avropa Liqası
 
3-cü təsnifat mərhələsinin cavab oyunu
 
"Valyur” (İslandiya) - "Şerif" (Moldova) 2:1
Qollar: Siqurdsson, 40 (1:0), Badibanqa, 69 (1:1), Halldorsson, 90+1 (2:1)
İlk oyun - 0:1
 
Qeyd edək ki, “Qarabağ” ötən il ÇL-in III təsnifat mərhələsində “Şerif”i mübarizədən kənarlaşdırmışdı. İlk oyunda Bakıda hesab açılmamışdı. Cavab matçında isə “Qarabağ” səfərdə qələbə qazanmağı bacarmışdı - 2:1. 
 
Əlavə edək ki, "Qarabağ" "Şerif"lə ilk oyununu səfərdə keçirəcək.

Xəbər xətti